“Fənərbaxça” klubu bu mövsüm futbol üzrə Türkiyə Kubokuna qatılacağını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyə Kubokunun oyunlarında iştirak edəcəyik. Meydana U-19 komandası ilə deyil, baş məşqçimizin uyğun hesab etdiyi heyətlə çıxacağıq. İşlər qaydasında getməzsə, geri çəkilmək hüququmuz var”.
Xatırladaq ki, “Fənərbaxça” bir müddət əvvəl Türkiyə Futbol Federasiyasına ölkə kubokunda iştirak etməməklə bağlı məktub ünvanlamışdı.