“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis “Naxçıvan”a qarşı Azərbaycan Basketbol Liqasının 10-cu turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlub olduqları üçün məyus olduqlarını bildirib:
“Rəqib layiqli qələbə qazandı. Adətən oyunda üstünlü bizim tərəfimizdə olsa da, bu dəfə gedişata diqtə edən tərəf onlar idi. Görüşün əvvəli bərabər səviyyəli keçdi. Daha sonra rəqib önə hesabda önə çıxarkən oyunumuzda tələskənliyə yol verdik. Unutmaq lazım deyil ki, qarşılaşma 10 yox, 40 dəqiqədir. Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı”.
O, yeni transferlərin çıxışları barəsində danışıb:
“Yeni transfer olunan basketbolçuların keyfiyyətli oyun nümayiş etdirdiklərini söyləyə bilərik. Lakin oyun fəlsəfəmizə uyğunlaşmaq üçün zamana ehtiyacı var. Basketbol intellekti yüksəkdir. Düşünürəm ki, bizim üçün faydalı olacaq”.
“Sabah” – “Naxçıvan” qarşılaşması ikincilərin 80:75 hesablı qələbəsi ilə yekunlaşıb.