“Səbail”in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:

“Oyunun gərgin olacağını əvvəlcədən bilirdik. Sonuncu yerdə olduğumuz üçün üzərimizdə təzyiq olsa belə, həftəboyu yaxşı hazırlaşmışdıq. “Zirə”ni də ciddi analiz etmişdik. Uduzduqdan sonra nəsə demək çətindir. Rəqibə bir şans verdik, onu da dəyərləndirdilər. Ani diqqətsizlikdən qapımızda qol gördük.

Qış toplanışında çatışmayan cəhətlər və müəyyən işlər üzərində əlimizdən gələni edəcəyik ki, sonuncu pillədən qurtulaq. İndiki halda komandanın durumu bəllidir. Futbolçu sayı da yetərli deyil. Bu haqda dəfələrlə danışmışıq. Bunu rəhbərlik də başa düşür. Ümid edirik ki, qışdan sonra tam fərqli komanda görəcəyik”.

Shares: