Azərbaycan Basketbol Liqasında 8-ci tura bu gün yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
“Gəncə” doğma meydanda “Ordu”nu qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 13 xalla liderdir, qonaqlar 11 xalla üçüncü pillədə qərarlaşıb.
Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası “Şəki” ilə üz-üzə gələcək. Bu görüş saat 17:00-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi B qrupunda 9 xalla sonuncu-altıncı sıradadır. “Şəki” 12 xalla ikincidir.
8-ci turun əvvəlki oyunlarında “Neftçi” NTD-ni (81:68), “Sərhədçi” “Naxçıvan”ı (86:65), “Sabah” “Abşeron”u (94:71), “Quba” isə “Lənkəran”ı (89:60) məğlub edib.