“Şamaxı” növbəti transferini reallaşdırmaq üzrədir. Bolqarıstan “Arda”sından Cəlal Hüseynovu icarəyə götürəcək bölgə təmsilçisinin növbəti hədəfi də milli üzvüdür.
Futbolinfo.az xəbər verir ki, “Şamaxı” gənclər millimizin üzvü Murad Vəliyevi heyətinə qatacaq. Artıq vingerlə ilkin razılıq əldə edilib və tezliklə müqavilə bağlanacaq.
Tallində doğulan Murad Almaniyanın aşağı liqa klublarında və Estoniya təmsilçilərində çıxış edib. “Levadiya”ya məxsus olan yarımmüdafiəçi son mövsümü “Nomme Kalyu”da keçirib. “Levadiya” ilə bir illik müqaviləsi qalan futbolçunun “Şamaxı”ya hansı şərtlərlə keçdiyi bəlli deyil.