Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna yığması ciddi problemlər yaşayır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçilər Mikola Şaparenko və Mixaylo Mudrik arasında gərginlik var. Buna səbəb komandanın aparıcı oyunçularının millidə eyni (10) forma nömrəsini geyinmək istəməsidir. Hətta məsələ o dərəcədə böyüyüb ki, yığmanın son toplanışı zamanı futbolçular əlbəyaxa olmaq həddinə gəliblər. Bu durumun milli daxilində ciddi təşvişə səbəb olduğu bildirilib.

Ancaq baş məşqçi Sergey Rebrov açıqlamasında məsələnin böyümədən həllini tapacağını açıqlayıb. Çalışdırıcı durumun onları narahat edəcək səviyyədə olmadığını vurğulayıb. Üstəlik, Müdrik dopinq qalmaqalı üzündən futboldan kənar qalıb. O, yəqin ki, bir müddət milli üzü görməyəcək.

Qeyd edək ki, millimiz Ukrayna ilə ilk oyununu sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə keçirəcək.

Shares: