Misli Premyer Liqasının ilk yarısı əcnəbi hegemonluğu ilə yadda qalıb.
Futbolinfo.az saytının məlumatına görə, geridə qalan 18 turun oyunlarında gəlmələr daha çox qolla diqqət çəkiblər.
Belə ki, 90 matçda 222 qol vurulub ki, bunun 152-si məhz legionerlərin aktivinə yazılıb. 150-ci əcnəbi topunun müəllifi 18-ci turda “Sabah”la qarşılaşmada fərqlənən “Şamaxı”nın hücumçusu Leroy Mikels olub. Yerlilər isə 67 dəfə qol sevinci yaşayıblar. Bu siyahıya milliləşdirilmiş futbolçular da daxildir. Digər 3 qol isə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, ilk yarıdan sonra Coy-Lens Mikels (“Sabah”) və Felipe Santos (“Araz-Naxçıvan” hərəyə 8 qolla bombardirlər yarışına başçılıq edirlər. Yerlilər arasında ən çox fərqlənən oyunçu isə Toral Bayramovdur. “Qarabağ”ın futbolçusunun aktivində 5 qol olub.