Formula 2 və Formula 3 yarışlarının baş direktoru Bruno Mişel aşağı seriyalar və Formula 1 çempionatının təqvimlərinin qismən ayrılması barədə danışıb.

“Əvvəllər fasilə üç aya qədər davam edə bilərdi. Amma indi Bakıdakı yarışın sentyabrda olması Qətərlə aranın azlığına şərait yaratdı. Amma  bu da ideal deyil.

Təbii ki, promouterlər bizim bütün mərhələlərdə olmağımızı istəyirlər. Stefano Domenikali bizdən 24 mərhələdə yarışmağımızı istəyir. Mən bunu edə bilmərəm.

Bəli, mən Bakı və Qətər arasında yarış təşkil edə biləcək bəzi promouterlərlə danışıqlar aparıram. Bu, çətin işdir, çünki F1 ilə ayaqlaşmaq böyük məsrəflər tələb edir”, – deyə Mişel qeyd edib.

Shares: