“Aston Martin” komandasını təmsil edən 43 yaşlı ispaniyalı pilot, Formula 1 üzrə ikiqat dünya çempionu (2005 və 2006) Fernando Alonso və “McLaren” komandasının baş direktoru Zek Braun “Araqon” trassında yürüşlərdə iştirak ediblər. Onlar Ayrton Senna tərəfindən 1990-cı ildə idarə olunan “McLaren MP4/5B”-nin sükanı arxasına əyləşiblər. Hazırda Brauna məxsus olan avtomobili Fernandonun atası Xose Luis də sınaqdan keçirib.
Xatırladaq ki, Alonso 2007-ci ildə “McLaren”in heyətində olub. O, 2015-ci ildə yenidən Britaniya komandasına qayıdıb və 2017-ci ilə qədər ortada yarışıb.
2023-cü ildən Fernando “Aston Martin”in üzvüdür.