“Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi, dünyanın üçüncü raketkası, ispan tennisçi Karlos Alkaras 2025-ci il fevralın 17-dən 22-dək Dohada keçiriləcək ATP-500 kateqoriyalı turnirdə çıxış edəcək.

Qətərin paytaxtındakı turnirdə ATP reytinqinin ilk 10-luğunda olan yeddi oyunçunun iştirakı təsdiqlənib. Yarışda Alkaras, Yannik Sinner, Novak Cokoviç, Daniil Medvedev, Andrey Rublyov, Aleks de Minaur və Qriqor Dimitrov çıxış edəcək. Bu məqam turnirin çox güclü olacağından xəbər verir.

Qeyd edək ki, əvvəllər Dohada keçirilən turnir ATP-250 kateqoriyası çərçivəsində idi. 2025-ci ildə turnirin səviyyəsi ilk dəfə olaraq “500”ə yüksələcək.

Shares: