“Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm”.

Futbolinfo.az xəbər verir ki, bunu Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi “İnstagram” hesabında yazıb.

Ötən gün 1-ci Liqanın 17-ci turunda “Çorum”la heç-heçə etdikləri oyunun 61-ci dəqiqəsində meydana çıxan forvard qarşılaşmanın asan olmadığını bildirib:

“Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi ilə xal qazana bildik”.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Shares: