“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.

Misli Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər. Komandanın hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazamızda baş tutacaq.

Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. Ağdamlılar yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq.

Shares: