İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada qol və məhsuldar ötürmələrin cəmində “Arsenal”ın sabiq hücumçusu Tyerri Anrini geridə qoyub.
Futbolinfo.az xəbər verir ki, o, buna 17-ci turda “Tottenhem”i 6:3 hesabı ilə məğlub etdikləri qarşılaşmada nail olub.
İki qol və bir assistlə yadda qalan misirli forvard Premyer Liqada 252 qolun (172 qol, 80 məhsuldar ötürmə) vurulmasında iştirak edib.
Anri çempionat tarixində 175 qol və 74 assistlə (ümumilikdə 249) yadda qalıb.
Salah bu göstəriciyə görə yeddinci pillədə qərarlaşıb. Rekord Alan Şirerə (328 – 260 qol, 68 assist) məxsusdur.
Ehtiyatda daha bir oyunu olan “Liverpul” 39 xalla liderdir.