İspaniyanın “Real” (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülər La Liqada 23 yaşadək futbolçular arasında dekabr ayının ən yaxşı oyunçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu dekabrda meydana çıxdığı matçlarda 3 qol və 1 assistə imza atmaqla bu ada layiq görülüb.

Shares: