“Hazırlığımız yaxşı gedir. Biz hər gün çox məşq edirik”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in futbolçusu Süleyman Alluş deyib.
O, komandasının çempionatın ikinci yarısına hazırlığından danışıb: “Turnir cədvəlində yuxarı qalxmaq istəyirik. Bəzi yeni oyunçularımız var, ümid edirəm ki, bizə kömək edə bilərlər. Hər gün məşqdə çox çalışsaq və başımızı dik tutsaq, vəziyyəti dəyişəcəyik. Çünki mövsüm hələ bitməyib”.
Niderlandlı yarımmüdafiəçi komandanın ölkə xaricində hazırlıq keçməməsinin problem olmayacağını da sözlərinə əlavə edib: “Xeyr, burada qalmaq problem deyil, çünki məşqin məqsədi eynidir. Əgər burada və ya başqa bir ölkədəsinizsə, istənilən halda hazırlıq çətin olacaq”.
Alluş vəziyyəti dəyişmək üçün çox qol vurmalı olduqlarını da bildirib: “Qollara ehtiyacımız var və müdafiədə yumruq kimi birlikdə oynamlıyıq”.