İtaliya A Seriyasında 17-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Fiorentina” – “Udineze” matçında qonaqlar qalib gəliblər. “İnter” isə evdə “Komo”nu 2 cavabsız qolla üstələyib.

Hazırda 40 xala malik “Atalanta” vahid liderdir. “Napoli” 38 xalla ikinci, “İnter” 37 xalla üçüncü, “Latsio” 34 xalla dördüncü pillədə qərarlaşıb. “Fiorentina” və “Yuventus”un 31, “Bolonya”nın 28, “Milan”ın 26, “Udineze”nin 23, “Roma”, “Empoli” və “Torino”nun 19 xalı var.

İtaliya A Seriyası
17-ci tur

20 dekabr

Verona – Milan 0:1
Qol: Reynders, 56.

21 dekabr

Torino – Bolonya 0:2
Qollar: Dallinqa, 71. Pobeqa, 80.

Cenoa – Napoli 1:2
Qollar: Pinamonti, 51 – Anqissa, 15. Rrahmani, 23.

Leççe – Latsio 1:2
Qollar: Tete Morente, 50 – Kastelyanos, 45+3-pen. Maruşiç, 87.

22 dekabr

Roma – Parma 5:0
Qollar: Dibala, 8-pen; 51. Salemakers, 13. L.Paredes, 74. Dovbik, 83.

Venesiya – Kalyari 2:1
Qollar: Zampano, 38. Sverko, 67 – Pavoletti, 76.

Atalanta – Empoli 3:2
Qollar: De Ketelare, 34; 86. Lukman, 45+1 – Kolombo, 13. Espozito, 57-pen.

Montsa – Yuventus 1:2
Qollar: Birindelli, 22 – Makkenni, 14. N.Qonsales, 39.

23 dekabr

Fiorentina – Udineze 1:2
Qollar: Kin, 8-pen – Lukka, 49. Toven, 57.

İnter – Komo 2:0
Qollar: Auqusto, 48. Türam, 90+2.

Shares: