İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Meyson Maunt 3 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.

Futbolinfo.az xəbər verir ki, o, Premyer Liqanın 16-cı turunda baş tutan “Mançester Siti” ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnib.

Müayinədən sonra futbolçunun 2025-ci ilin ilk aylarında meydana çıxa bilməyəcəyi müəyyənləşib.

Maunt cari mövsüm “qırmızı şeytanlar”ın heyətndə 13 görüşdə meydana çıxıb.

Shares: