“Real” “Liverpul”un iki aparıcı futbolçusunu birlikdə transfer etmək istəyir. Daha doğrusu, ispanlar onları mövsüm bitdikdən sonra azad agent kimi sıralarına qatmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, madridlilər Trent Aleksander-Arnoldlaçoxdandır danışıq aparır. İndi isə mərkəz müdafiəçisi Vircil van Deyk maraq dairəsinə düşüb. Hər iki oyunçunun “Liverpul”la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Onlar yanvarın 1-dən digər klublarla danışıq aparmaq ixtiyarına sahibdirlər.
“Liverpul” komandanın liderlərinin maaşını artırmağım əleyhinə deyil. Lakin cütlük “Real”ın təklifinə “yox” deyə bilmir. “Real” onlar üçün transfer haqqı ödəməyəcəyindən yüksək maaş vermək imkanına malikdir və bu d mersisaydlılara çətinlik yaradır.