“Los-Anceles Leykers” komandasının baş məşqçisi JJ Redikin evi Kaliforniyada tüğyan edən meşə yanğınları nəticəsində yanıb. Bu barədə tanınmış insayder Şəms Çaraniya sosial şəbəkələrdəki səhifəsində məlumat verib. Redikin evi Los-Ancelesdə idi.
Xatırladaq ki, yanğınlar səbəbindən komandanın bir neçə oyunu da təxirə salınıb.
“Leykers” hazırda Milli Basketbol Assosiasiyasının Qərb Konfransında turnir cədvəlində altıncı yerdədir. Kaliforniya komandasının hesabında 20 qələbə və 16 məğlubiyyət var.