ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsində transgender tendensiyasını dayandırmaq niyyətində olduğunu bildirib. O, həmçinin kişilərin qadın idmanına buraxılmayacağına söz verib.
“Prezidentliyimin ilk günündə transgenderlik təbliğatını dayandıracağıq. Uşaqların sünnətinə son qoymaq, transgenderləri ordudan, ibtidai, orta və liseylərimizdən uzaqlaşdırmaq üçün sərəncam imzalayacağam. Biz kişiləri qadın idmanına buraxmayacağıq. Bu da prezidentliyin birinci günündə həyata keçiriləcək. Tramp administrasiyası dövründə yalnız iki cinsin, kişi və qadının olması Birləşmiş Ştatlar hökumətinin rəsmi siyasəti olacaq”, – deyə yeni seçilmiş prezident qeyd edib.