“Yuventus” Josua Zirkzeeni heyətinə qatmaq istəyir. Turinlilərin baş məşqçisi Tyaqo Motta “Bolonya”da birgə çalışdığı hücumçunun transferində maraqlıdır.

Futbolinfo.az xəbər verir ki, niderlandlı oyunçunun “Mançester Yunayted”də işləri yaxşı getmir. Baş məşqçi Ruben Amorimin planlarına daxil olmayan forvard daim oynayacağı klub axtarışındadır. Bu baxımdan o, İtaliyaya dönməyə həvəslidir.

Mançesterlilər 23 yaşlı Nigeriya əsilli hücumçunu yayda “Bolonya”dan 42 milyon avroya alıb. Onun İngiltərə klubu ilə 4,5 illik müqaviləsi qalır. “Yuventus” keçidi mövsüm bitdikdən sonra reallaşdırmaq niyyətindədir.

Shares: