“Barselona”nın futbolçusu Ferran Torres zədələnərək sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.
Məşq zamanı əzələsindən zədələnən vingerin yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.
24 yaşlı futbolçu cari mövsüm “Barselona”nın heyətində 16 oyunda meydana çıxıb və 5 qol vurub.