İngiltərənin “Aston Villa” klubu yetriməsi Filip Marşalla müqavilə müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırda 2-ci Liqa klubu “Kryu Aleksandra”da icarə əsasında çıxış edən qolkiperlə müqavilənin detalları açıqlanmayıb. O, hazırda icarədə olduğu klubda 25 oyun keçirib, bunların 9-da qapısını toxunulmaz saxlayıb.

21 yaşlı qolkiper ötən mövsüm Konfrans Liqasında Xorvatiyanın “Zrinski” kmandasına qarşı oyunda “Aston Villa”nın heyətində debüt edib.

Shares: