“Sabah”ın hücumçusu Pavol Şafranko xarici mətbuatın diqqət mərkəzinə düşüb.
Futbolinfo.az xəbər verir ki, slovakiyalı futbolçu Misli Premyer Liqasının 18-ci turunda “Şamaxı” ilə oyunda qol vurmaqla gündəmə gəlib.
Cənubi Afrika mətbuatı 30 yaşlı forvardın bununla “qara zolaq”dan çıxdığını xüsusi vurğulayıb. Sonuncu dəfə 9-cu turda fərqlənmiş Şafranko 8 matçlıq qol həsrətinə son qoyub. Cənubi Afrikada “Mamelodi Sandaunz”un formasını geyinmiş futbolçunun gələn ilin yayında həmin ölkəyə qayıtma variantı da qeyd olunub. Belə ki, “Mamelodi Sandaunz”da olarkən qısa müddətdə diqqət çəkən futbolçu Afrika liqasının bir neçə komandasının diqqət mərkəzindədir.
Qeyd edək ki, Pavol Şafranko 2021-22 mövsümündə “Mamelodi Sandaunz”da çıxış edib. Onun “Sabah”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.