“Turan Tovuz”un sabiq futbolçusu Divine Naahın Azərbaycana qayıtmaq variantı olub.

Futbolinfo.az Qana mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ölkəmizdən təklif alıb.

Onunla maraqlanan komandanın adı açıqlanmasa da, keçidin baş tutmadığı vurğulanıb. Bildirilir ki, 2023-cü ildə “Turan Tovuz”da cəmi 3 ay çıxış etməsinə baxmayaraq, orta sahə oyunçusunun “Jalgiris”dəki performansı Premyer Liqa təmsilçisinin marağına səbəb olub. Lakin Naah Litva klubunda qalmağı üstün tutub. O, hətta Kaunas komandası ilə müqavilə müddətini 2025-ci ilin sonuna qədər uzadıb.

Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Divine Naah 2023-cü ilin aprel-iyun aylarında “Turan Tovuz”un formasını geyinib.

Shares: