Braziliya millisinin sabiq üzvü Oskarın yeni klubu məlum olub. 33 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

O, “San-Paulu”ya qayıdıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oskarla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Oskar “San-Paulu”nun yetirməsidir. Daha sonra “İnternasional”a keçən yarımmüdafiəçi 2012-2017-ci illərdə “Çelsi”də çıxış edib. O, London klubunda 131 oyuna 21 qol vurub. 2017-ci ildən indiyə qədər Çinin “Şanxay Port” klubunda oynayan vinger 179 oyunda 58 dəfə rəqib qapılarına yol tapıb.

Shares: