Milli Basketbol Assosiasiyası “San Antonio Spörs”ün üzvü Viktor Vembanyama və “Detroyt Pistons” komandasının müdafiəçisi Keyd Kanninqemi həftənin ən yaxşı oyunçuları elan edib.

Qərb Konfransının MVP-si Vembanyamanın çıxış etdiyi “San Antonio Spörs” komandası keçən həftə keçirdiyi hər iki oyunda qalib gəlib. Fransız bu oyunlarda orta hesabla 36 xal, 7 blok, 6,5 ribaund və 4,5 asistlik göstəricilərlə yadda qalıb.

Şərqin ən yaxşısı olan Kanninqem, eyni müddət ərzində orta hesabla 27,0 xal, 5,3 ribaund, 12,7 asist və 2,3 blokla oynayıb.

Shares: