Cənubi Afrikada Formula 1 Qran Prisinin təşkili və keçirilməsi layihəsi bu ölkəyə təxminən 27 milyon dollara başa gələ bilər. Məlumatı “South Africa Sunday Times” yayıb.

“Cənubi Afrikada yarışı keçirmək üçün milyardlarla rand (yerli valyuta) lazım olacaq və hökumət buna cəhd etmək məcburiyyətindədir. Yarış haqqı aysberqin görünən tərəfidir. Təşkilatı işlərə təxminən 500 milyon rand (27,3 milyon dollar) lazımdır. Bu hələ yekun məsrəflər deyil. Yekun məbləği Formula 1-in sahibi “Liberty Media” müəyyən edəcək”, – deyə nəşr qeyd edib.

Xatırladaq ki, Cənubi Afrikadan başqa, digər Afrika ölkəsi Ruanda da keçmiş pilot Aleksandr Vurzun hazırladığı trasda Formula 1 yarışına ev sahibliyi etmək üçün müraciət edib.

Shares: