Britaniyalı atlet, 800 metr məsafəyə qaçışda 2024-cü ilin olimpiya çempionu 22 yaşlı Kili Hodçinson BBC tərəfindən ilin idman siması elan edilib.
“Bu, məni bir qədər şoka saldı. Bu qərar məni məşqçim üçün daha çox xoşbəxt etdi, çünki o olmasaydı, mən burada olmazdım. İl inanılmaz alındı və istədiyim hər şeyə nail oldum. Ümid edirəm ki, hər kəs Paris Olimpiadasını izləməkdən həzz aldı”, – deyə Hodçinson BBC-yə verdiyi müsahibədə qeyd edib.
Dart növündə çıxış edən Lyuk Littler səsvermədə ikinci yeri tutub, kriketçi Co Rut isə üçüncü olub.
Xatırladaq ki, Hodçinson iki dəfə dünya çempionatında gümüş medal qazanıb və 19 yaşı olarkən 2020-ci il Tokio Olimpiadasında vitse-çempion olub.