Karlos Korberan “Valensiya”nın yeni baş məşqçisi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat verib.

41 yaşlı ispaniyalı mütəxəssislə müqavilə 2027-ci ilə qədər imzalanıb. “Yarasalar”ın rəhbərliyi Korberanın 2022-ci ildən rəhbərlik etdiyi “Vest Bromviç” ilə müqaviləsindəki xüsusi bəndi aktivləşdirib.

Dekabrın 23-də “Valensiya” baş məşqçi Ruben Baraxa ilə əməkdaşlığa son qoyduğunu açıqlamışdı. Bu qərar komandanın cari mövsümdə qazandığı uğursuz nəticələr fonunda verilmişdi.

“Valensiya” 17 oyunda qazandığı 12 xalla İspaniya çempionatının turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Shares: