Rəhim Sadıxovun “Turan Tovuz”a keçidi alınmaya bilər. Yarımmüdafiəçinin tələb etdiyi maaş qərblilərin tərəddüdünə səbəb olub.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Kurban Berdıyevin keçmiş klubu “Dinamo”dan (Mahaçqala) Anton Kraçkovskini icarəyə götürmək istəyi də Rəhimlə bağlı düşüncələrin dəyişməsinə səbəb olub. 22 yaşlı yarımmüdafiəçi gəlsə, Sadıxovun keçidi ikinci plana keçəcək.

Rəhim legioner limitinə görə tovuzlulara lazımdır. Lakin onun aylıq 15 min dollar maaş tələb etməsi Berdıyevi razı salmayıb. Sadıxov indi ya güzəşt etməli, ya da başqa komanda tapmalıdır.

“Sumqayıt”la müqaviləni qarşılıqlı razılıqla pozan oyunçunun gedişi bu səbəbdən rəsmən açıqlanmır. Maraqlıdır ki, “Turan Tovuz” Rəhimin sərbəst oyunçu olması üçün tələb olunan 50 min dolları ödəməyə hazırdır. Amma transferin tamamlanması üçün maaş məsələsində razılığa gəlmək lazımdır.

Qəribə olan daha bir məqam ödəniləcək 50 min dollardır. Görəsən, “Sumqayıt”la bağlılığı qalmayandan sonra transfer haqqı kimi veriləcək həmin məbləğ kimin cibinə gedəcək?

Shares: