Fikayo Tomori “Yuventus”a keçə bilər. “Milan” bir neçə klubun istədiyi müdafiəçisini saxlamaqda çətinlik çəkir.
Futbolinfo.az xəbər verir ki, turinlilərin təklifi daha realdır. Oyunçu özü də “Qoca Sinyora”nın müqavilə təklifinə isti yanaşır. Maaş şərtlərinin əlverişli oması 27 yaşlı müdafiəçinin A Seryası nəhənglərindən birini digərinə dəyişməsinə səbəb ola bilər.
“Milan” Tomori üçün 30 milyon avro tələb edir. Müdafiədə ciddi sıxıntıları olan turinlilər isə yalnız 15 milyon avro təklif edə bilir. “Yuventus” keçidi reallaşdırmaq üçün icarə variantına da razıdır. Fikayo mövsümün sonunadək icarəyə götürülə, yayda birdəfəlik satınalma ilə bağlı danışıqlar aparıla bilər.
“Milan”ın 2021-ci ilin yayında “Çelsi”dən 34 milyon avroya transfer etdiyi futbolçu ilə 2,5 illik müqaviləsi qalır.