Azərbaycan Basketbol Liqasında bu gün 9-cu turun daha iki oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk olaraq B qrupunda qərarlaşan “Ordu” “Lənkəran”la üz-üzə gələcək. Matç saat 16:00-da start götürəcək.

Bölgə təmsilçisi 10 xalla beşinci, “Ordu” 13 xalla üçüncü pillədə qərarlaşıb.

A qrupunda isə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərə aydınlıq gətirəcək. Bu görüş saat 19:00-da başlayacaq. “Ağ-qaralar” 10 xalla beşinci, “Sərhədçi” 12 xalla üçüncü pillədə qərarlaşıb.

Ötən gün “Sabah” NTD-yə qalib gəlib – 94:68. Tura dekabrın 27-də yekun vurulacaq.

Shares: