Mateuş Koxalskinin “Qarabağ”dakı çıxışı Polşa futbol ictimaiyyətinin diqqətini çəkib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı qolkiperin Azərbaycan çempionuna keçidi doğru addım kimi qələmə verilib.

Yerli KİV polşalı futbolçunun “Qarabağ” vasitəsilə Avropanın iddialı klublarına keçmə variantını yüksək dəyərləndirib: “Koxalski ötən mövsüm Polşa çempionatının ən yaxşı qapıçısı seçilmişdi. Polşa klublarının onunla həmin vaxt maraqlanmaması təəccüb doğurdu. Mateuş uzun illər avrokubokların brendinə çevrilən “Qarabağ”a keçdi. Bu transfer onun üçün yerində qərar oldu. Çünki orada karyerasının növbəti yüksəlişi üçün şansı olacaq”.

Qeyd edək ki, Mateuş Koxalskinin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Shares: