Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Aleksandr Dyukov bildirib ki, ölkəsinin milli komandası 2025-ci ilin birinci yarısında yoxlama matçı keçirəcək.

Futbolinfo.az xəbər verir ki, həmin oyun Avropa komandalarından biri ilə olacaq.

O, bu barədə “RİA Novosti” agentliyinə açıqlamasında bildirib. Amma RFİ rəhbəri konkret hansı komanda ilə oynayacaqlarını deməyib.

“Sport-ekpress” qəzetinin yazdığına görə, DÇ-2026-nın Avropa seçmə mərhələsinin püşkatma mərasimindən sonra məlum olub ki, yoxlama matçları üçün 2025-ci ilin mart və iyun ayları 24 komanda üçün boşdur. Həmin komandalar arasında Azərbaycan millisi, eləcə də Belarus, Ermənistan, Macarıstan, Türkiyə, Gürcüstan, Bolqarıstan da var.

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin bütün komandaları 2022-ci ilin fevralından FİFA və UEFA-nın bütün yarışlarından xaric edilib.

Shares: