“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən J2-8243 nömrəli “Embraer 190” sərnişin təyyarəsi bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 37-si Azərbaycan vətəndaşıdır.

Baş Prokurorluq qəzadan sağ çıxanların sayının 32 olduğunu açıqlayıb.

Futbolinfo.az olaraq, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq!

Allah rəhmət eləsin!

Shares: