İspaniya superkubokunun finalında “Real”la qarşılaşan “Barselona” tarixi uğura imza atıb.

Futbolinfo.az xəbər verir ki, Kataloniya klubu tarixində ilk dəfə “Real”a qarşı oyunlarda iki dəfə dörd və ya daha çox qol vurmağı bacarıb.

Komandalar arasında əvvəlki oyun İspaniya çempionatı çərçivəsində “Santyaqo Bernabeu” stadionunda keçirilib və Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın 4:0 hesablı darmadağınlı qələbəsi ilə yekunlaşıb.

İspaniya çempionatının cari mövsümünün turnir cədvəlində Karlo Ançelottinin rəhbərlik etdiyi “Real” 43 xalla ikinci pillədə qərarlaşıb. Birinci yerdə qərarlaşan “Atletiko” ilə fərq bir xaldır. Siyahıda üçüncü pillədə qərarlaşan “Barselona”nın aktivində 38 xal var.

Shares: