Sabah futzal üzrə Azərbaycan Yüksək Liqasının 8-ci turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyunlar bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.

Son məlumatlara görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə yer alan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Shares: