Randal Kolo-Muani PSJ-dən ayrılmağa razılaşıb. Fransa millisinin üzvü baş məşqçi Luis Enrikenin onu istəməməsinin ardından yekun qərarını verib.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu müqaviləsinin sonunadək PSJ-də qalmaq istəyirdi. O, məşqçiyə özünü sübut etməklə heyətə düşəcəynə ümid edirdi. Lakin ispan mütəxəssis fikrini dəyişməyəcəyini bildirib və rəhbərlikdən yeni hücumçu transferi istəyib.

PSJ hələlik Kolo-Muanini mövsümün sonunadək icarəyə vermək haqda düşünür. “Liverpul”, “Mançester Yunayted” və “Tottenhem” bu varianta isti yanaşır. “Leypsiq” isə yayda birdəfəlik transfer şərti ilə icarəyə razıdır.

Xatırladaq ki, Konqo əsilli hücumçu ötən ilin yayında transfer edilib. PSJ onun üçün “Ayntraxt”a 95 milyon avro ödəyərək 5 illik müqavilə bağlamışdı.

Shares: