Renatu Veyqa “Çelsi”dən ayrılır. O, tezliklə Dortmund “Borussiya”sına keçəcək.
Futbolinfo.az xəbər verir ki, İngiltərə, İtaliya və Fransadan da təklifləri olan 21 yaşlı portuqaliyalı məhz Bundesliqanı arzulayır. Sol cinah müdafiəçisi Dortmundda parlayacağına inanır.
“Çelsi” oyunçunu buraxmağın əleyhinə deyil. Amma londonlular 2031-ci ilədək müqaviləsi olan Veyqanı icarəyə göndərmək fikrində deyil. “Borussiya” razılaşa bilsə, transfer reallaşacaq. İngilislər ötən yay “Bazel”dən 14 milyon avroya aldığı Renatunu nisbətən ucuz qiymətə satmağa razıdır.