“Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı”.

Futolinfo.az xəbər verir ki, bunu “Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç “Ordu”ya qarşı Azərbaycan Basketbol Liqasının 9-cu turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:

“Komanda ilk periodda tapşırıqları düzgün yerinə yetirdi. Amma son dəqiqələrə qədər bu tempdə oynaya bilməyəcəyimizi hiss edirdim. Heyətdə itkilər var. 7-8 gün ərzində əlimizdə olan kiçik heyətlə ardıcıl görüşlər keçirdik. Fiziki olaraq çatdıra bilmirdik. Bu gün rəqibin heyətində 12 basketbolçu var idi. Kapitanımız Rəşid Abbasov da mental olaraq oyuna köklənə bilmədi. Belə gedişlə heç nə əldə edə bilməyəcəyik. Ümid edirəm ki, yanvarda heyətə yeni oyunçular cəlb olunacaq. 2 legioner basketbolçu transfer etmək istəyirik. Ümid edirəm ki, bütün zədəli oyunçularımız sıralara qayıdacaqlar. Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı”.

“Ordu” – “Lənkəran” qarşılaşması birincilərin 99:51 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: