Türkiyə təmsilçisi “Antalyaspor” baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqanın 19-cu turunda “Trabzonspor”a 0:5 hesablı məğlub olan Antalya təmsilçisi braziliyalı mütəxəssislə vidalaşmaq qərarı alıb.
De Souza “Antalyaspor”la ötən ilin mayında 2 illik müqavilə imzalamışdı.