Olavio Juninyonun “Qarabağ”ı “Sevilya”ya deyil, “Flamenqo”ya dəyişməsinin səbəbi müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, 28 yaşlı forvardın İspaniya La Liqasından imtinası təkcə maliyyə ilə bağlı olmayıb. Doğrudur, maddi şərtlər də müəyyən dərəcədə rol oynayıb. Hər halda “Sevilya”nın 700 min avroluq illik maaş təklifi qarşılığında “Flamenqo” 2 milyonluq vəd verib. Ancaq Juninyonun fikrini dəyişdirən amil Braziliya klubunun baş məşqçisi Filipe Luisin zəngi olub.

“Çelsi” və “Atletiko”da oynamış sabiq müdafiəçi Juninyo ilə telefon danışığında ona Braziliya millisinə düşmək ehtimalından bəhs edib. Belə ki, Luis forvarda “Flamenqo”da özünü doğrultmaqla əsas milliyə çağırılmaq şansının yüksək olacağını bildirib. Məhz bu vəd Juninyonun son anda “Sevilya”dan imtina edərək, vətəninə yollanmasına yol açıb.

Qeyd edək ki, hazırda Braziliyada olan Juninyo “Flamenqo” ilə 2028-ci ilin sonunadək müqavilə imzalayacaq. “Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq.

Shares: