“Kəpəz” Vüsal İsgəndərlini heyətinə qatmağa nail olmayıb. Gəncəlilər yarımmüdafiəçini keçid üçün razı salsa da, klubu onu buraxmayıb.

Futbolinfo.az xəbər verir ki, bir ildir “Boluspor”da çıxış edən, Türkiyə klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi olan Vüsal az oynamasından narazıdır. “Kəpəz” də bunu fürsət bilərək onu heyətinə qatmaq istəyib. Amma klubu 29 yaşlı oyunçuya getmək üçün icazə verməyib.

Daha öncə Albaniyada “Eqnatiya”nın şərəfini qorumuş İsgəndərli indi mümkün olmasa, yayda klubunu dəyişmək niyyətindədir.

Shares: