Melburnda tennis üzrə ilin ilk “Böyük dəbilqə” turnirində 3-cü günün oyunları başa çatıb.

Kişilərin mübarizəsində əsas sensasiya rusiyalı Rublyovun portuqaliyalı Fonsekaya məğlubiyyətidir. Gənc tennisçi 3 setdə qələbə qazanıb – 7:6, 6:3, 7:6.

Veteran tennisçi Sten Vavrinka Lorenso Soneqoya məğlub olub – 1:3.

“Australian Open”də final oynamış Daniil Medvedev də çətinliklə üzləşib. Dünya reytinqinin 5 nömrəsi növbəti mərhələyə adlamaq üçün Komesana ilə 5 set oynamaq məcburiyyətində qalıb.

Avstraliyanı təmsil edən Aleksey Popırin fransız tennisçi Korenten Muteyə məğlub olub. Turnirin 4-cü raketkası Teylor Frits ilk mərhələni rahatlıqla keçib.

Shares: