“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” fasiləyə lider kimi yollndı. Komandanın çempionatın ilk yarısındakı çıxışını necə dəyərləndirirsən?

– Əlbəttə, “Qarabağ”ın fasiləyə lider olaraq yollanması çox sevindirici haldır. Nəticəyə əsaslanaraq da demək olar ki, klubumuzun ümumi çıxışı çox yaxşı idi.

– Özün üçün ili necə dəyərləndirirsən? Bir müddət zədəli oldun, Türkiyə klubundan ayrıldın…

– Həm çətin, həm maraqlı. “Adana Dəmirspor” klubunda oynamaq və karyeramda bu səhifənin olması cox yaxşı haldır. Bir müddət yaşıl meydanlardan kənarda qaldım və bu məqamı çıxsaq, özüm üçün ili yaxşı dəyərləndirə bilərəm.

– Son matçlarda meydana çıxdın, komandanın qapısını qorudun. Yenidən “Qarabağ”da əsas qapıçı ola bilərsən?

– Futbolda hər zaman əsas heyətdə oynamağa hazır olmalısan.

– Ümumiyyətlə, digər qapıçıların inamsız çıxışından sonra hər kəs səni yenidən əsas komandada görmək istəyir. Səncə, yenidən əsas heyət üzvünə çevriləcəksən?

– Digər qapıçıların inamsız çıxış etdiyini düşünmürəm. Hər birimiz “Qarabağ” üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, ən vacib məqamdır.

– Milli komandaya yenidən dəvət gözIəyirsən? Fernandu Santuşla görüşün olub?

– Milli komandada oynamağa hər zaman hazıram. Mənim üçün bu, böyük qürur və məsuliyyətdir.

– Son olaya da münasibətini bilmək istərdik. Təyyarə qəzası sənə necə təsir etdi?

– Çox üzücü xəbərdir. Belə xəbərlər hər bir insana çox pis təsir edir. Ölənlərə Allah rəhmət eləsin. Yaralılara Allahdan şəfa diləyirəm.

FƏRİD

Shares: