“Naxçıvan”ın baş məşqçisi Murat Dikmen “Abşeron”a qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 9-cu turunun təxirə salınmış oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

“Hər şeydən əvvəl “Abşeron”u təbrik edirəm. Həqiqətən yaxşı mübarizə apardılar. Onların bu mövsüm missiyası gəncləri yetişdirmək, həm də çempionatda yaxşı oyun sərgiləməkdir. Bunu da bacarırlar. Rəqib komandanın baş məşqçisi Erhan Tokeri və kollektivini təbrik edirəm. Bu gün turnir cədvəlində lider mövqeyindəyik. Birinci pillədə olmağa layiq komandayıq. İlk yarıda həqiqətən yaxşı oynadıq. Amma sevincimizi bu gün yaşayacağıq, sabahdan etibarən isə növbəti həftə oynayacağımız “Neftçi” ilə matça hazırlaşacağıq. Önəmli olan ilk yarını yox, mövsümü lider bitirməkdir. İkinci yarıda kubok və pley-off görüşləri də var”.

“Naxçıvan” – “Abşeron” qarşılaşması birincilərin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: