“Kəpəz”in yeni sponsoruna qovuşacağı gün uzaqda deyil. Gəncə klubuna böyük maliyyə ayırmağa razılıq verən şirkət tapılıb.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz” SOCAR-a bağlı olan bir şirkətə tapşırılacaq. Məqsəd komandanı yenidən iddialı etməkdir. Adı gizli saxlanan imkanlı himayədar yeni tikilən stadionda yüksək yerlərə oynayan komanda formalaşdırmaq niyyətindədir.

Bu məsələdə yeganə maneə klubun yeni mövsümə hansı liqada başlaycağının dəqiqləşməməsidir. Komanda hazırda autsayderlər qrupundadır və Misli Premyer Liqasında yer təmin oolunmayıb. Yeni sponsor isə yalnız elitada oynayan komandanı götürmək istəyir. Gəncəlilər I Liqaya yuvarlansa, yəqin ki, böyük dəstəkdən məhrum qalacaq.

Bu səbəbdən himayədar şirkətin təqdimatı yubanır. Ola bilər ki, sponsor mövsümün sonuna kimi komandaya müəyyən dəstək versin, komanda Premyer Liqada qalacağı halda daimi dəstək versin.

Shares: