“Qarabağ”ın futbolçusu Olavio Juninyo transfer olunacağı “Flamenqo”da tibbi müayinədən keçib. Vətəni Braziliyada olan hücumçu Rio-de-Janeyroda zəruri testləri verib.

28 yaşlı forvard tezliklə müqavilə imzalayacaq. Bu anlaşma 2028-ci ilin sonunadək nəzərdə tutulub. Sənədləşmə məsələləri ilə bağlı Juninyo ABŞ-da təlim-məşq toplanışında olan “Flamenqo”nun düşərgəsinə qoşula bilmir. Bu səbəbdən o, ilk üç rəsmi oyunda iştirak etməyəcək.

“Flamenqo” Braziliyaya qayıtdıqdan sonra kollektivə qoşulacaq Junonyo “Carioca – Taca Guanabara” turnirində “Madureira”, “Nova İquacu” və “Banqu” ilə matçlarda iştirak etməyəcək. O, yanvarın 25-də”Volta Redonda” ilə görüşdə debüt edəcək.

Shares: