Son günlərin ən gözlənilməz xəbərlərindən biri Kataloniyadan gəldi. Xosep Qvardiola 30 illik evliliyindən sonra həyat yoldaşı Kristina Serradan ayrıldı. Görəsən, uzun müddət davam edən ittifaq niyə dağıldı?

Məlum olduğu kimi, Pep və Kristina ötən ilin dekabrında yenidən ayrılmaq qərarına gəliblər. Lakin cütlük yaxınlardan bu barədə heç kimə danışmamağı xahiş etdiyi üçün məlumat yalnız indi mediaya sızıb.

Ayrılığın səbəbləri gizli saxlanılır, lakin “Mançester Siti”nin baş məşqçisi artıq 5 ildir ki, həyat yoldaşından ayrı yaşayır. İngiltərədə işlədiyi müddətdə Serra müntəzəm olaraq London və Barselona arasında səyahət edirdi. Xanımın öz biznesi var və Qvardiola futbolun xəstəsi olduğu kimi, o da öz biznesinə həvəslidir.

2ef0d485 c6ab 4ac3 a8ed f936d0bbefe0 - Futbolinfo.az

Boşanmalarına baxmayaraq, onlar dostluq münasibətlərini qoruya bilirlər. Bəzi əcnəbi paparassilər ayrılıqdan sonra Pep və Kristinanı teatrda birlikdə gördüklərini iddia edirlər.

Qvardiola və Serra cütlüyü dünya futbolunun ən güclü evliliklərindən biri hesab olunurdu. Onlar 30 il əvvəl, Pep “Barselona”da oynadığı və Kristina geyim mağazasında satış məsləhətçisi işlədiyi vaxt tanış olublar. Bu gün Serra Kataloniya və Manresada moda butiklərinin sahibi olan tanınmış iş qadınıdır.

Ərinin imicinə və üslubuna təsir edən də məhz Serra olub. Qvardiolanın dünyanın ən dəbli futbol məşqçilərindən biri kimi tanınması onun əməyinin nəticəsidir. Pulover, şalvar, şərf və idman ayaqqabısı – bütün bu elementlər ciddi şəkildə həyat yoldaşı tərəfindən seçilirdi.

“Həyat yoldaşım bir çox şeylərdə, xüsusən də modada dünyanın ən yaxşısıdır. Adətən mənə “bunu-filanı geyinmə” deyir. Və mən qulaq asıram”.

Məşqçi 2024-cü ilin yanvarında jurnalistlərə bununla bağlı fikirlərini də söyləyib: “İnsanların məndən daha yaxşı olduqlarını bilmək və onların məsləhətlərinə əməl etmək üçün kifayət qədər ağıllıyam”.

Kristina və Pep nadir hallarda ictimaiyyətə çıxırdılar və heç vaxt ailəlikcə müsahibə vermirdilər. Cütlüyün üç övladı var – oğlu Marius və qızları Mari və Valentina. Cütlük 20 ildən çox qeyri-rəsmi münasibətdə olub, yalnız 2014-cü ildə evlənmək qərarına gəliblər. O zaman Mariusun 13 yaşı var idi.

e3bdeae5 459d 4c5f 97ee b366c3ae30f2 - Futbolinfo.az

Kristina tamamilə futbola bağlı olan Pepi sənətlə – teatr, kino və yaxşı şərabla tanış edib. O isə öz növbəsində həyat yoldaşını futbol dünyasına daxil edib.

“Kristina mənim taktiki qərarlarımdan şikayətlənir. O deyir ki, son matçda qalib gəldiyimiz heyəti dəyişməyə ehtiyac yoxdur”, – Qvardiola etiraf edib.

2012-ci ildə Pep Barsadan ayrılarkən Serra Nyu-Yorka köçməyi və özü üçün sakit həyat sürməyi təklif etmişdi. Bu qərar sayəsində məşqçi özündə yenidən işə qayıtmaqda həvəs tapıb, uşaqları isə ingilis dilini öyrənib.

İndi pərəstişkarları maraqlandıran sual budur: Kristinadan boşanma Pepin yenidən düşünmək və ilham tapmaq üçün növbəti cəhdidirmi? Bəlkə “Mançester Siti”nin davam edən böhranı elə baş məşqçinin ailəsində baş verənlərdir.

AĞA

Shares: